AZ

Narkotikə görə tutuldu, başqa cinayəti də ortaya çıxdı - ANBAAN VİDEO

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin satışını təşkil edən, əvvəllər də dəfələrlə məhkum olunmuş Nurlan Aqdamifar saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya bildirilib ki, ondan 300 qram marixuana və rayon ərazisindəki meşəlikdə gizlətdiyi 1 kiloqram 450 qram heroin aşkar olunub.

Saxlanılan şəxs narkotik vasitələri pul qarşılığında paytaxtdan Ağdaşa gətirdiyini və burada satışını planlaşdırdığını bildirib.

Araşdırmalarla onun bir neçə gün əvvəl mikroavtobusdan akkumulyator oğurladığı da müəyyən edilib. 

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N.Aqdamifari barəsində həbs qətimkan tədbiri seçilib.



Bizim.Media

Seçilən
2
3
bizim.media

9Mənbələr