AZ

Ağdaşda narkotik satışı ilə məşğul olan şəxs HƏBS OLUNDU

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin satışını təşkil edən, əvvəllər də dəfələrlə məhkum olunmuş Nurlan Aqdamifar saxlanılıb.
Oxu.Az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, ondan 300 qram marixuana və rayon ərazisindəki meşəlikdə gizlətdiyi 1 kiloqram 450 qram heroin aşkar olunub.
Saxlanılan şəxs narkotik vasitələri pul qarşılığında paytaxtdan Ağdaşa gətirdiyini və burada satışını planlaşdırdığını bildirib. Araşdırmalarla onun bir neçə gün əvvəl mikroavtobusdan akkumulyator oğurladığı da müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N.Aqdamifari barəsində həbs qətimkan tədbiri seçilib.
Seçilən
2
1
oxu.az

9Mənbələr