İsrail ordusu təhvil aldığı uşaq cəsədlərinin iki yaşlı Kfir və beş yaşlı Ariel olduğunu təsdiqləyib...
İsrail bir gün əvvəl Fələstinin HƏMAS hərəkatının təhvil verdiyi iki uşağın cəsədinin kimliyini müəyyən edib. Uşaqların analarının cəsədi də onlarla birlikdə təhvil verilib, lakin İsrail Müdafiə Qüvvələri (IDF) bu cəsədin uşaqların anasına aid olmadığını iddia edib.
Poliqon İsrail ordusunun mətbuat xidmətinə istinadən xəbər verir ki, ölən qadının şəxsiyyətini hələlik müəyyən edilməyib.
İDF iki uşağın iki yaşlı Kfir və beş yaşlı Ariel olduğunu təsdiqləyib. İsrail tərəfinin sözlərinə görə, oğlanlar “2023-cü ilin noyabrında əsirlikdə olan terrorçular tərəfindən vəhşicəsinə qətlə yetirilib”. Lakin İsrail ordusunun mətbuat xidmətindən bildirilib ki, onların anası Şiri Bibasın əvəzinə naməlum qadının meyiti İsrail tərəfinə təhvil verilib.
“Məlum olub ki, alınan cəsədin Şiri Bibasa aidiyyatı yoxdur. Bu, dörd ölü girovu qaytarmağa razılıq əsasında HƏMAS terror təşkilatı tərəfindən son dərəcə ciddi pozuntudur. Biz HƏMAS-ın Şirini bütün girovlarımızla birlikdə evə gətirməsini tələb edirik”, deyə press-relizdə deyilir.
Dünən, fevralın 20-nə olan məlumata görə, HƏMAS 19 yaşayan israilli girovu, o cümlədən Rusiya və İsrail vətəndaşlığı olan Aleksandr Trufanovu azad edib. Fevralın 22-də daha 6 nəfərin azadlığa buraxılması planlaşdırılır və HƏMAS daha dörd qurbanın cəsədini sövdələşmənin birinci mərhələsi başa çatan martın 2-dək təhvil verəcəyini öhdəsinə götürüb.
Polqion.info