AZ

HƏMAS dünən təhvil verdiyi cəsəd Şiri Bibasın qalıqları deyil – “The Jerusalem Post”

HƏMAS dünən girov götürdüyü Şiri Bibasın qalıqları əvəzinə “naməlum meyiti” İsrailə təhvil verib.

İnterpress.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

İsrail cəsədləri tanıyıb və qadının cəsədinin kimliyini müəyyən etmək mümkün olmadığını bildirib.

Ekspertizaya görə, HƏMAS-ın Şiri Bibas kimi təqdim etdiyi cəsədin “heç bir girovun DNT-si uyğun gəlmir” və “tanı bilinməyən cəsəddir”.

Razılaşmanın bir hissəsi olaraq yaraqlılar Şiri Bibasın və onun iki azyaşlı oğlu Ariel və Kfirin qalıqlarını qaytarmalı idilər.

Onların meyitlərinin şəxsiyyəti müəyyən edilib. Hərbçilər də bir cəsədin Oded Lifşitzə aid olduğunu təsdiqləyiblər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
2
5
interpress.az

6Mənbələr