AZ

Ötən gün yollardakı qəzaların sayı açıqlandı

Ötən gün ölkə ərazisində xəsarətlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“İki sahil” xəbər verir ki, Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyevin verdiyi məlumata əsasən, nəticədə 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ölüm və ağır xəsarət halları baş verməyib.

"Son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti, xüsusilə qarlı və buzlu yollar nəqliyyatın təhlükəsiz hərəkətinə təsir göstərir. Bununla əlaqədar, yol polisi sürücülərə və piyadalara müraciət edərək diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır", - o qeyd edib.

DYP sürücülərə də tövsiyələr verib:

"Yol və hava şəraitinə uyğun hərəkət sürətini seçin. Qış təkərlərindən istifadə edin və nəqliyyat vasitənizi texniki cəhətdən saz vəziyyətdə saxlayın. Yol hərəkəti qaydalarına riayət edin və təhlükəli manevrlərdən çəkinin".

Həmçinin, piyadalara tövsiyə edilib ki, yalnız müəyyən edilmiş piyada keçidlərindən istifadə etsinlər: "Görünməni artırmaq üçün qaranlıq saatlarda açıq rəngli və ya işıq əks etdirən geyimlər geyinin. Yollarda ehtiyatlı olun və nəqliyyat vasitələrinin hərəkətinə diqqət yetirin".

Seçilən
7
21
ikisahil.az

10Mənbələr