AZ

“Woman Bazaar - Dayanıqlı İnkişaf Proqramı 4” festival günləri başlayır

Bakı. Trend:

8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş festivalqadınların dayanıqlı sahibkarlıq fəaliyyətlərini dəstəkləmək vəonların iqlim dəyişikliyi ilə mübarizədəki rolunu vurğulamaqməqsədilə keçmiş illərdə böyük uğur qazanan festival bu dəfə50 yaşa qədər olan həssas qruplardan 60 qadın sahibkarı (15-iregionlardan olmaqla) dəstəkləyəcək.

Festival öncəsi həssas qrupdan olan qadın sahibkarların bilikvə bacarıqlarını artırmaq üçün brendinq, sosial mediastrategiyası, rəqəmsal marketinq, satış texnikaları və digərbiznes yönümlü mövzularda təlimlər təşkil olunub. Həmçinin,onların bizneslərini inkişaf etdirmək və satış strategiyalarınıtəkmilləşdirmək üçün onlayn mentorluq dəstəyi göstərilib.

Festivalın əsas məqsədi həssas qrup qadın sahibkarlarınfəaliyyətlərini gücləndirmək, dayanıqlı biznes modellərinininkişafına töhfə vermək və ekoloji həssaslıqla istehsal edilənməhsulları təşviq etməkdir.

Festivalda niyə iştirak etməlisiniz?

● Müxtəlif bölgələrdən qadın sahibkarlar öz brendlərini vəməhsullarını təqdim edəcək

● Uğurlu qadınlar ilhamverici çıxışlar edəcək

● Canlı musiqi və rəqs performansları həyata keçiriləcək

● Həvəskar və professional sənətkarların rəsm sərgisi, incəsənətguşələri və müxtəlif masterklasslar baş tutacaq

● Foto köşkü və xatirə divarı təşkil olunacaq.

Festival tarixi və məkanı: Tarix: 1 mart, saat14:00 – 19:00

2 mart, saat 12:00-19:00
Məkan: Passage 1901 (Nigar Rəfibəyli 12/14, Baku,Azerbaijan) Instagram

Bu festival sadəcə bir yarmarka deyil, həm də qadınsahibkarların güclənməsinə və yeni imkanlar qazanmasına dəstəkolmaq üçün unikal bir fürsətdir. Festival zamanı alıcılartoxuculuq, dekorasiya, aksesuar, şam, sabun, qida məhsulları vədaha çoxu ilə tanış olub, almaq şansı əldə edəcəklər. Həmkeyfiyyətli və ekoloji məhsulları kəşf etmək, həm də yerli qadınsahibkarları dəstəkləmək üçün bu iki günü qaçırmayın. Sizi“Woman Bazaar”da gözləyirik – alış-veriş edin, ilham alın və budəyişikliyin bir parçası olun. Hədiyyən dəstəyin olsun!

QEYD: Festivalda iştirak ödənişsizdir.

Qeyd edək ki, qadın sahibkarlığı mövzusu PAŞA Holding-in KSMstrategiyasında mühüm yer tutur. Bu istiqamətdə PAŞA Holding vəonun törəmə şirkətləri müxtəlif layihələr həyata keçirir ki,bura AFAQ layihəsi, Ana Sahibkar, Women Bazaar layihələri daxildir.Qeyd edək ki, ötən il PAŞA Holding Azərbaycanın voleybol üzrəmilli yığma komandasını da dəstəkləmişdi.

Seçilən
8
1
az.trend.az

2Mənbələr