
- ● Müxtəlif bölgələrdən qadın sahibkarlar öz brendlərini və məhsullarını təqdim edəcək
- ● Uğurlu qadınlar ilhamverici çıxışlar edəcək
- ● Canlı musiqi və rəqs performansları həyata keçiriləcək
- ● Həvəskar və professional sənətkarların rəsm sərgisi, incəsənət guşələri və müxtəlif
- ● Foto köşkü və xatirə divarı təşkil olunacaq.
Məkan: Passage 1901 (Nigar Rəfibəyli 12/14, Baku, Azerbaijan) Instagram Bu festival sadəcə bir yarmarka deyil, həm də qadın sahibkarların güclənməsinə və yeni imkanlar qazanmasına dəstək olmaq üçün unikal bir fürsətdir. Festival zamanı alıcılar toxuculuq, dekorasiya, aksesuar, şam, sabun, qida məhsulları və daha çoxu ilə tanış olub, almaq şansı əldə edəcəklər. Həm keyfiyyətli və ekoloji məhsulları kəşf etmək, həm də yerli qadın sahibkarları dəstəkləmək üçün bu iki günü qaçırmayın. Sizi “Woman Bazaar”da gözləyirik – alış-veriş edin, İlham alın və bu dəyişikliyin bir parçası olun. Hədiyyən dəstəyin olsun! QEYD: Festivalda iştirak ödənişsizdir. Qeyd edək ki, qadın sahibkarlığı mövzusu PAŞA Holding-in KSM strategiyasında mühüm yer tutur. Bu istiqamətdə PAŞA Holding və onun törəmə şirkətləri müxtəlif layihələr həyata keçirir ki, bura AFAQ layihəsi, Ana Sahibkar, Women Bazaar layihələri daxildir. Qeyd edək ki, ötən il PAŞA Holding Azərbaycanın voleybol üzrə milli yığma komandasını da dəstəkləmişdi.