AZ

Çində yeni koronavirus aşkarlanıb

Çin virusoloqları COVID-19 ilə eyni şəkildə insanlara yoluxa bilən yeni yarasa koronavirusu aşkar ediblər.

XəzərNews.az xəbər verir ki, bu barədə South China Morning Post məlumat yayıb.

Məlumata görə, bu virus ilk dəfə Honq-Konqda yapon yarasasında aşkar edilmiş HKU5 koronavirusunun yeni nəslidir.

Çin Elmlər Akademiyasının Quançjou filialı, Uhan Universiteti və Uhan Virusologiya İnstitutunun mütəxəssisləri Quançjou laboratoriyasında araşdırma aparıblar.

Viroloqlar qeyd edirlər ki, yarasa nümunələrindən təcrid olunmuş yeni virus insan hüceyrələrinə yoluxa bilər.

Aylin
XəzərNews.az



Xəbər 5 dəfə oxunub.
Seçilən
37
16
xezernews.az

10Mənbələr