
Çin virusoloqları yarasalarda insanlara da yoluxa bilən yeni koronavirus aşkar ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.
Məlumata görə, bu virus ilk dəfə Honq-Konqda yapon yarasasında aşkar edilmiş HKU5 koronavirusunun yeni nəslidir.
Nəşr qeyd edir ki, Çin Elmlər Akademiyasının Quançjou filialının, Uhan Universitetinin və Uhan Virusologiya İnstitutunun mütəxəssisləri yeni virusla bağlı Quançjou laboratoriyasında araşdırmaya başlayıblar.
Virusoloqlar qeyd ediblər ki, yarasa nümunələrindən təcrid olunmuş yeni “HKU5-CoV-2” virusu insan hüceyrələrinə yoluxa bilər.
Alimlər hələlik ciddi təşviş üçün heç bir səbəb olmadığını deyirlər.