AZ

Qəzza İsrailin atəşkəsi 350 dəfədən çox pozduğunu bildirir

İsrail qüvvələri Qəzza zolağında atəşkəs rejimini 350 dəfədən çox pozub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.

Qəzza rəsmiləri həmçinin yerli əhalinin təcili ehtiyac duyduğu humanitar yardımın Qəzzaya çatdırılmasını sürətləndirmək üçün İsrailə təzyiq göstərmək üçün vasitəçilik çağırışlarını təkrarlayıb.

Məlumatlara görə, hərbi əməliyyatlar nəticəsində əmlakını itirmiş yerli əhalinin müvəqqəti yerləşdirilməsi üçün ən azı 60 min səyyar ev və 200 min çadır lazımdır. Qəzza həmçinin Qəzza bölgəsinin müharibədən sonrakı bərpası probleminə həsr olunmuş beynəlxalq konfransın mümkün qədər tez keçirilməsinin vacibliyini vurğulayıb.

Seçilən
83
10
operativmm.az

10Mənbələr