AZ

Gürcüstanda etirazçılar cərimə edilir

Gürcüstanda etiraz aksiyalarının iştirakçıları son vaxtlar parlamentin qarşısında Rustaveli prospektini bağladıqları üçün 5000 lari (təxminən 1700 dollar) məbləğində cərimələr almağa başlayıblar.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.


“Son dövrlərdə cəmiyyət açıq şəkildə görüb ki, Tbilisidə Gürcüstan parlamenti qarşısında keçirilən etiraz aksiyalarının iştirakçıları Rustaveli prospektini qəsdən və süni şəkildə bağlayırlar, baxmayaraq ki, etirazçıların sayı bunu tələb etmir”, - bəyanatda deyilir.

 

Agentlik qeyd  edir ki, “Məclislər və nümayişlər haqqında” qanuna əsasən, etirazçılar keçid zonasına düşdüyü zaman yolun süni şəkildə bağlanması yolverilməzdir. Bu inzibati xəta 5 min lari məbləğində cərimə və ya 15 günə qədər inzibati həbslə nəticələnir.

 

Noyabrın 28-dən Gürcüstanın baş naziri İrakli Kobaxidzenin ölkənin Avropa İttifaqına üzvlüklə bağlı danışıqların başlaması prosesini birtərəfli qaydada dondurduğunu bəyan etməsindən sonra Gürcüstanda etirazlar hər gün keçirilir.

 

Etirazçılar parlament qarşısında nəqliyyatın hərəkətini kəsiblər. Son zamanlar fəallar yaşadıqları yerdən 5 min lari məbləğində irimiqyaslı cərimə qəbzləri almağa başlayıblar.

 

Nigar

 

Seçilən
31
11
oxu24.com

10Mənbələr