Bu gün Misli Premyer Liqasında 24-cü tura start verilib.
Rekord.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.
“Neftçi” doğma meydanda “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Turnir cədvəlində qonşu olan komandaların “Neftçi Arena”da baş tutacaq görüşünü Tural Qurbanov idarə edib. Oyun meydan sahiblərinin çətin qələbəsiylə yekunlaşıb.
“Araz-Naxçıvan” – “Səbail” və “Qarabağ” – “Sabah” oyunları sabah keçiriləcək. “Şamaxı” – “Turan Tovuz” və “Zirə” – “Kəpəz” matçları isə bazar gününə təsadüf edəcək.
Misli Premyer Liqası
24-cü tur
21 fevral
“Neftçi” – “Sumqayıt” 1:0
Qol: Filip Ozobiç, 90+3-pen.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Əli Əliyev.
“Neftçi Arena”, 19:00.
Neftçi: 93. Rza Cəfərov (k), 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 4. Elvin Camalov, 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 9. Bassala Sambu, 11. Aleks Fernandes.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 10. Filip Ozobiç, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 13. Emil Səfərov, 91. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 23. Robert Bauer, 22. Dembo Darboe, 20. Alfa Konte, 18. Ryonosuke Ohori.
Baş məşqçi: Samir Abasov.
Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 95. Miloş Miloviç, 12. Giorgi Karaişvili, 11. Momo Yansane, 60. Tresor Mossi, 77. Casurbek Caloliddinov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 2. Sertan Taşkın, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 23. Ronaldo Vaskez, 9. Bobir Abduxoliqov.
Baş məşqçi: Vaqif Cavadov.