Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 24-cü turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Neftçi” “Sumqayıt”ı qəbul edib. “Neftçi Arena”da keçiriləcək oyunu Tural Qurbanov idarə edib.
Son 7 çempionat oyununda qələbəyə həsrət olan “Sumqayıt” axırıncı iki matçında da məğlubiyyətə üzülmüşdü. Bu üzdən Vaqif Cavadovun kollektivi bu görüşdə uğursuz gedişata son qoymaq istəyirdi. Amma ötən tur “Qarabağ”a uduzmuş Samir Abasovun kollektivinə də qələbə hava-su kimi lazım idi. Komandaların turnir cədvəlində qonşu olması da oyuna marağı artıran məqamlardan idi. “Neftçi” 24 xalla 6-cı, “Sumqayıt” isə 22 xalla 7-ci sırada qərarlaşmışdı.
Sözügedən komandalar yubiley – 50-ci görüşlərinə çıxıblar. Əvvəlki 49 oyunda “Neftçi” 23, “Sumqayıt” 15 qələbə qazanmışdı, 11 qarşılaşma da sülhlə bitmişdi. “Neftçi” son 6 ev qarşılaşmasında qol vurmuşdu. “Sumqayıt” son 5 matçda qol vurmuş və uduzmamışdı.
Bu oyunun taleyini isə bir qol həll edib. Paytaxt təmsilçisi son dəqiqələrdə penaltidən vurduğu yeganə qol sayəsində önəmli 3 xala sahib çıxıb.
Premyer Liqa
24-cü tur
21 fevral
“Neftçi” – “Sumqayıt” 1:0
Qol: Filip Ozobiç, 90+3-pen.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Əli Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “Neftçi Arena”, 19:00.
Neftçi: 93. Rza Cəfərov (k), 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 4. Elvin Camalov, 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 9. Bassala Sambu, 11. Aleks Fernandes.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 10. Filip Ozobiç, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 13. Emil Səfərov, 91. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 23. Robert Bauer, 22. Dembo Darboe, 20. Alfa Konte, 18. Ryonosuke Ohori.
Baş məşqçi: Samir Abasov.
Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 95. Miloş Miloviç, 12. Georgi Xaraişvili, 11. Momo Yansane, 60. Tresor Mossi, 77. Casurbek Caloliddinov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 2. Sertan Taşkın, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 23. Ronaldo Vaskes, 9. Bobir Abduxoliqov.
Baş məşqçi: Vaqif Cavadov.