AZ

49 yaşlı polkovnik-leytenant vəfat etdi - FOTO

Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı Azad Bağırov vəfat edib.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda onun yaxınları məlumat yayıb.

Bildirilib ki, Gədəbəy rayonundan olan 49 yaşlı Azad Bağırov qəfil rəhmətə gedib.

Qeyd edək ki, A. Bağırov uzun illər Azərbaycan Ordusunda ön xəttdə kəşfiyyatçı kimi xidmət edib, Vətən müharibəsi iştirakçısı olub.


Bizim.Media

Seçilən
10
49
bizim.media

10Mənbələr