AZ

UNESCO-nun mənzil-qərargahında Beynəlxalq Ana Dili Günü qeyd olunub

Bakı, TurkicWorld

Fevralın 21-də Parisdə, UNESCO-nun mənzil-qərargahında Beynəlxalq Ana Dili Günü qeyd olunub.

TurkicWorld xəbər verir ki, Banqladeşin UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO-nun Təhsil Sektorunun birgə təşkilatçılığı ilə tədbir-sərgi keçirilib.

Sərgidə Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi iştirak edərək müxtəlif kitablar, Azərbaycan dili əlifbası, açıqcalar, milli suvenirlər nümayiş etdirib. Qonaqlara ölkəmizin tarixi, mədəniyyəti, dili haqqında ətraflı məlumat verilib.

Sərgidə Azərbaycanla yanaşı, Paraqvay, Hindistan, Ukrayna, Lüksemburq, Rusiya, Peru, Çili, Nikaraqua, Cənubi Koreya və El Salvador iştirak edib.

Sərgi konsert proqramı ilə davam edib. Mədəni hissədə Azərbaycan milli rəqsi "Naz eləmə" təqdim olunub.

Sərgi 25 fevraladək davam edəcək.

Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ildə UNESCO Baş Konfransı zamanı Banqladeşin təşəbbüsü ilə fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

Seçilən
11
8
turkic.world

9Mənbələr