AZ

UNESCO-nun mənzil-qərargahında Beynəlxalq Ana Dili Günü qeyd olunub (FOTO)

Bakı. Trend:

Fevralın 21-də Parisdə, UNESCO-nun mənzil-qərargahındaBeynəlxalq Ana Dili Günü qeyd olunub.

Trend xəbərverir ki, Banqladeşin UNESCO yanında Daimi Nümayəndəliyi vəUNESCO-nun Təhsil Sektorunun birgə təşkilatçılığı ilə tədbir-sərgikeçirilib.

Sərgidə Azərbaycan Respublikasının UNESCO yanında DaimiNümayəndəliyi iştirak edərək müxtəlif kitablar, Azərbaycan diliəlifbası, açıqcalar, milli suvenirlər nümayiş etdirib. Qonaqlaraölkəmizin tarixi, mədəniyyəti, dili haqqında ətraflı məlumatverilib.

Sərgidə Azərbaycanla yanaşı, Paraqvay, Hindistan, Ukrayna,Lüksemburq, Rusiya, Peru, Çili, Nikaraqua, Cənubi Koreya və ElSalvador iştirak edib.

Sərgi konsert proqramı ilə davam edib. Mədəni hissədə Azərbaycanmilli rəqsi “Naz eləmə” təqdim olunub.

Sərgi 25 fevraladək davam edəcək.

Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.1999-cu ildə UNESCO Baş Konfransı zamanı Banqladeşin təşəbbüsü iləfevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
UNESCO-nun
Seçilən
17
8
az.trend.az

9Mənbələr