Bakı. Trend:
Premyer Liqada 24-cü turun oyunları davam edir.
Trend xəbərverir ki, bu gün əvvəlcə “Araz-Naxçıvan” öz meydanında “Səbail”iqəbul edəcək.
Günün ikinci matçında - turun mərkəzi qarşılaşmasında “Qarabağ”öz meydanında “Sabah”ı qəbul edəcək.
Hazırda Ağdam klubu 56 xalla çempionatın vahid lideridir.“Sabah” isə 32 xalla beşinci pillədə qərarlaşıb.
Son iki turda qalib gələn Qurban Qurbanovun komandasından fərqliolaraq “Sabah” son 6 matçdan yalnız birində 3 xal qazanıb.
Cari mövsüm bu komandaların qarşıdurmasında “Qarabağ” üstüntərəfdir. İlk dövrədəki matç Ağdam klubunun 3:2 hesablı qələbəsiilə yekunlaşıb. İkinci görüşdə isə qalib aşkarlanmayıb - 1:1.
Premyer Liqa, XXIV tur
22 fevral (şənbə)
19:00. “Qarabağ” - “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, KamranbəyRəhimov
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Tofiq Bəhramov adına Respublika Stadionu
16:00. “Araz-Naxçıvan” - “Səbail”
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Rəhman İmami, ElvinBayramov
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
“Liv Bona Dea Arena”
23 fevral (bazar)
14:30. “Şamaxı” - “Turan Tovuz”
17:00. “Zirə” - “Kəpəz”.