AZ

“Qarabağ” “Sabah”a, “Araz-Naxçıvan” “Səbail”ə qarşı

Premyer Liqada 24-cü turun oyunları davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu gün əvvəlcə “Araz-Naxçıvan” öz meydanında “Səbail”i qəbul edəcək.

Günün ikinci matçında - turun mərkəzi qarşılaşmasında “Qarabağ” öz meydanında “Sabah”la görüşəcək.

Hazırda Ağdam klubu 56 xalla çempionatın vahid lideridir. “Sabah” isə 32 xalla beşinci pillədə qərarlaşıb.

Son iki turda qalib gələn Qurban Qurbanovun komandasından fərqli olaraq “Sabah” son 6 matçdan yalnız birində 3 xal qazanıb.

Cari mövsüm bu komandaların qarşıdurmasında “Qarabağ” üstün tərəfdir. İlk dövrədəki matç Ağdam klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. İkinci görüşdə isə qalib aşkarlanmayıb - 1:1.

Premyer Liqa, XXIV tur

22 fevral (şənbə)

19:00. “Qarabağ” - “Sabah”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov

VAR: Rəşad Əhmədov

AVAR: Eyyub İbrahimov

Tofiq Bəhramov adına Respublika Stadionu.

16:00. “Araz-Naxçıvan” - “Səbail”

Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Rəhman İmami, Elvin Bayramov

VAR: Nicat İsmayıllı

AVAR: Cəmil Quliyev

“Liv Bona Dea Arena”.

"Cebheinfo.az"

Seçilən
3
11
cebheinfo.az

10Mənbələr