AZ

Putin "Qazprombank" göstəriş verdi: Maskla işləyin!

Rusiya Prezidenti Vladimir Putin “Qazprombank”ın idarə heyətinin sədr müavini Dmitri Zauersə amerikalı sahibkar İlon Maskla texnologiyaların hazırlanması istiqamətində əməkdaşlıq etməyi məsləhət görüb.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, Rusiya lideri hazırda ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən Maskla bağlı proqnozunu bölüşüb.

Putin Gələcək Texnologiyalar Forumu sərgisində onu müşayiət edən Zauersə bu barədə deyib:

“Mask ilə qüvvələri birləşdirin. ABŞ-da inzibati orqanlarda islahatları bitirdikdən sonra o, biznesə, elmə gedəcək. Siz onunla əməkdaşlıq etməlisiniz”.

Forumda xarici ölkələrin bəzi sahələrdə Rusiyanı “üstələdiyini” deyən Putin hökumətə ölkənin texnoloji inkişafını idarə etmək üçün idarələrarası mexanizm hazırlamağı tapşırıb.

Qeyd edək ki, fevralın 21-də Putin Gələcək Texnologiyalar Forumunun plenar iclasında çıxış edib.

Seçilən
2
7
qaziler.az

8Mənbələr