AZ

Deputat Ukrayna prezidentliyinə namizədliyini irəli sürdü

2023-cü ilin noyabrından həbsdə olan Ali Radanın müxalifətçi deputatı Aleksandr Dubinski Ukrayna prezidentliyinə namizədliyini irəli sürüb.

OXU24.COM xəbər verir ki, o, bu barədə "Telegram" kanalında bildirib.

Dubinski Vladimir Zelenskini rəqiblərini sıxışdırmaqda günahlandırıb.

O iddia edib ki, Ukrayna “yeni diktatura forması” ilə üz-üzədir. Dubinskinin sözlərinə görə, Zelenski rəqiblərini sıradan çıxarmaq və seçkisiz hakimiyyətdə qalmaq üçün “rüşvət, təhdid və cinayətdən” istifadə edir.

“Zelenski özünü yeganə namizəd elan edərsə, müharibə 2030-cu ilə qədər davam edəcək və Ukrayna dövlət kimi mövcudluğunu itirəcək. Susmaq vətənə xəyanət etmək deməkdir”, - deyə deputat yazıb.

Dubinski seçiləcəyi təqdirdə xarici siyasət (o cümlədən Aİ və NATO ilə münasibətlər), iqtisadi inkişaf modeli, prezident postunun ləğvi kimi məsələlərlə bağlı referendum keçirəcəyini vəd edib.

Seçilən
3
1
oxu24.com

10Mənbələr