AZ

Azərbaycan neftinin qiyməti 2 dollar ucuzlaşıb

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,99 ABŞ dolları və ya 2,52% azalaraq 76,9 dollar/barel təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,97 dollar və ya 2,54% ucuzlaşaraq 75,54 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2 dollar və ya 3,23% azalaraq 59,74 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 1,96 dollar və ya 2,54% ucuzlaşaraq 75,02 dollar/barel təşkil edib.

Fevralın 22-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

 
 

Seçilən
3
29
7news.az

10Mənbələr