“Mançester Siti” rəhbərliyi komandanın baş məşqçisi Xosep Qvardiola ilə yolları ayırmaq istəyir.
“Qafqazinfo” xəbər verir ki, buna səbəb komandanın cari mövsümdəki nəticələrindən narazılıqdır.
“Mançester Siti”nin Çempionlar Liqasının pley-offunda mübarizəni dayandırması isə bu qərarı daha da qətiləşdirib.
Müqaviləsi 2027-ci ilin yayında başa çatacaq Qvardiolanın yerinə ən uyğun variant “Bayer”in baş məşqçisi Xabi Alonso göstərilir.
Xatırladaq ki, ötən il Xabi Alonso “Bayer”lə Bundesliqanı və Almaniya kubokunu qazanıb.