AZ

“Mançester Siti” onunla yollarını ayıra bilər

“Mançester Siti” rəhbərliyi komandanın baş məşqçisi Xosep Qvardiola ilə yolları ayırmaq istəyir.

 

Sfera.az xəbər verir ki, buna səbəb komandanın cari mövsümdəki nəticələrindən narazılıqdır. 

 

“Mançester Siti”nin Çempionlar Liqasının pley-offunda mübarizəni dayandırması isə bu qərarı daha da qətiləşdirib.

 

Müqaviləsi 2027-ci ilin yayında başa çatacaq Qvardiolanın yerinə ən uyğun variant “Bayer”in baş məşqçisi Xabi Alonso göstərilir.

 

Xatırladaq ki, ötən il Xabi Alonso “Bayer”lə Bundesliqanı və Almaniya kubokunu qazanıb.

Seçilən
3
3
sfera.az

10Mənbələr