Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski Ukraynada müharibəyə son qoyulmasını müzakirə etmək üçün görüşməyə hazırlaşırlar.
Publika.az xəbər verir ki, bu, ABŞ prezidenti Donald Trampın fikridir.
“Düşünürəm ki, prezident Putin və prezident Zelenski görüşməlidir”, – Tramp Ağ Evdə jurnalistlərə deyib.
Tramp bir daha əmin edib ki, o, Rusiya-Ukrayna müharibəsinin dayandırılmasının tərəfdarıdır.