AZ

Putin və Zelenski görüşməlidir: Tramp açıqladı

Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski Ukraynada müharibəyə son qoyulmasını müzakirə etmək üçün görüşməyə hazırlaşırlar.

OXU24.COM xəbər verir ki, bu, ABŞ prezidenti Donald Trampın fikridir.

“Düşünürəm ki, prezident Putin və prezident Zelenski görüşməlidir”, – Tramp Ağ Evdə jurnalistlərə deyib.

Tramp bir daha əmin edib ki, o, Rusiya-Ukrayna müharibəsinin dayandırılmasının tərəfdarıdır.

Qeyd edək ki, Tramp fevralın 25-də Səudiyyə Ərəbistanında ABŞ-Rusiya danışıqlarının yeni mərhələsinin keçiriləcəyini açıqlayıb. O, yeni təyin olunmuş ticarət nazirinin andiçmə mərasimində çıxış edərək, bir daha əmin edib ki, tərəflər arasında atəşkəs və razılaşma əldə etmək istəyir.

Seçilən
0
3
oxu24.com

4Mənbələr