Qadın voleybolçular arasında Yüksək Liqada növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir, GİN-nin Voleybol Mərkəzində XII turun iki qarşılaşması baş tutub.

İlk olaraq meydana “Abşeron” və UNEC komandaları çıxıblar. Görüş “Abşeron”un 3:0 hesablı qələbəsi ilə bitib.

Növbəti oyun “AZERRAIL” və “Murov Az Terminal”  klubları arasında olub. Bu qarşılaşmada isə “AZERRAIL” 3:1 hesabı ilə qalib gəlib.

XII turun son oyunu isə Gəncə şəhərində keçirilib. Gəncə İdman Sarayında “Gəncə” komandası “Milli Aviasiya Akademiyası”nı qəbul edib. Bu görüşdə qonaqlar 3:1 hesabı ilə qələbə qazanıblar.


Yüksək Liqa 

XII tur

   “Abşeron” - UNEC 3:0 (25:4, 25:13, 25:12)

   “AZERRAIL” - “Murov Az Terminal” 3:1 (25:18, 25:23, 20:25, 25:20)

   “Gəncə” - “Milli Aviasiya Akademiyası”