İspaniya mətbuatında Arda Gülerin "Real Madrid"dən ayrılması ehtimalı gündəmdədir. 

Offsideplus.az xəbər verir ki, cari mövsümün əvvəlində Karlo Ançelotti türk yarımmüdafiəçiyə komandada xüsusi yeri olacağını desə də, mövsümün gedişatında Ardaya çox şans verilməyib. Bu, futbolçunun səbrini daşdırıb.

Arda Gülerin "Real Sosyedad"a transfer edilib, Martin Odeqarın hekayəsini təkrarlaması gözlənilir. "Real Sosyedad" hücum xəttini gücləndirmək üçün oyunçunu icarəyə götürməklə maraqlanır. 

Xatırladaq ki, "Real Madrid"də Arda Güler kimi vaxt qazana bilməyən Odeqar da "Sosyedad"a keçidindən sonra yaxşı mövsüm geridə qoymuşdu.