AZ

Mbappe ilə Arda arasında gərginlik

İspaniya La Liqasında “Real Madrid”in 2-1 qələbəsi ilə yekunlaşan “Vilyarreal”la səfər matçında müşahidə edilən gərginlik müzakirə mövzusu olub.   Manset.az xəbər verir ki, ikinci hissədə oyuna daxil olan Arda Gülerin Mbappeyə ötürmə etməməsi gərginlik yaradıb. Topu qəbul edən Arda Güler Mbappeyə ötürmə etməyib və topu birbaşa qapıya göndərib. Lakin zərbə dəqiq olmayıb. Mbappe bu epizoda əsəbiləşib və Ardaya etiraz edib. Epizod sosial mediada müzakirə edilib. Bəzi dairələr hesab edir ki, Arda ona verilən oyun şansından istifadə edə bilmir. Qeyd edək ki, məşqçi Karlo Ançelotti Ardaya tez-tez şans vermir.

 

Seçilən
0
1
manset.az

10Mənbələr