AZ

ABŞ Meksikadan Çindən gələn mallara rüsum tətbiq etməyi tələb edir

Vaşinqton administrasiyası Meksikadan Çindən gələn mallara idxal rüsumları tətbiq etməyi tələb edib.

APA xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilib ki, bunu ABŞ-nin ticarət naziri Hovard Lutnik fevralın 20-də Vaşinqtonda Meksikanın iqtisadiyyat naziri Marselo Ebrardla danışıqları zamanı açıqlayıb.

Fevralın 1-də Tramp Kanada, Çin və Meksikadan gələn mallara daha yüksək tariflər tətbiq edən sərəncam imzalayıb. Çindən idxala 10%-lik tariflər fevralın 4-dən qüvvəyə minib, Kanada və Meksika məhsullarına rüsumların tətbiqi isə bir ay ertələnib.

Seçilən
24
1
apa.az

2Mənbələr