AZ

ABŞ Meksikadan Çindən gələn mallara rüsum tətbiq etməyi tələb edir

Vaşinqton administrasiyası Meksikadan Çindən gələn mallara idxal rüsumları tətbiq etməyi tələb edib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg“ agentliyi məlumat yayıb.

Bildirilib ki, bunu ABŞ-nin ticarət naziri Hovard Lutnik fevralın 20-də Vaşinqtonda Meksikanın iqtisadiyyat naziri Marselo Ebrardla danışıqları zamanı açıqlayıb.

Fevralın 1-də Tramp Kanada, Çin və Meksikadan gələn mallara daha yüksək tariflər tətbiq edən sərəncam imzalayıb. Çindən idxala 10%-lik tariflər fevralın 4-dən qüvvəyə minib, Kanada və Meksika məhsullarına rüsumların tətbiqi isə bir ay ertələnib.

Seçilən
0
1
nocomment.az

2Mənbələr