Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2024/2025 mövsümündə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu 20-ci tur çərçivəsində “Xeybər Xorramabad” komandası ilə qarşılaşıb.
Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” bu oyunda çətin qələbəyə seviniblər – 1:0. Təbrizlilərin heyətində yeganə qolu 46-cı dəqiqədə Domaqoy Drozdek vurub.
“Traktor” hazırda 20 oyuna topladığı 44 xalla 16 iştirakçı arasında birinci pillədə qərarlaşıb.
Qeyd edək ki, Cənubi Azərbaycan təmsilçisi 20 oyunda 14 qələbə qazanıb, 2 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. Təbriz klubu çempionatdakı növbəti matçını fevralın 27-də evdə əsas izləyicisi “Sepahan”a qarşı keçirəcək.