AZ

“Traktor” əsas izləyicisi ilə “sülh”ə razılaşdı

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2024/2025 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu 21-ci tur çərçivəsində əsas izləyicisi “Sepahan”la qarşılaşıb.

Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” bu oyundan xal itkisi ilə ayrılıblar – 0:0.

“Traktor” hazırda 21 oyuna topladığı 45 xalla 16 iştirakçı arasında birinci pillədə qərarlaşıb. “Sepahan” isə 44 xalla ikincidir.

Qeyd edək ki, Cənubi Azərbaycan təmsilçisi 21 oyunda 14 qələbə qazanıb, 3 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. Təbriz klubu çempionatdakı növbəti matçını martın 16-da evdə “Gol Gohar”a qarşı keçirəcək.

Seçilən
79
1
arena.az

3Mənbələr