AZ

Bybit hakerlərin izinə düşənlərə 140 milyon dollar mükafat vəd edir

Kriptovalyuta birjası Bybit kibertəhlükəsizlik mütəxəssislərini hakerlərin izinə düşməyə çağırıb və onların tutulmasına kömək edənlərə 140 milyon dollara qədər mükafat vəd edib.

Day.Az xəbər verir ki, bu barədə birjanın rəsmi saytında məlumat yayılıb.

 

Bybit rəhbərliyi geri qaytarılan məbləğin 10%-ni mükafat kimi ödəməyə hazır olduğunu bildirib. Əgər kimsə oğurlanmış vəsaitlərin hamısını geri qaytara bilsə, 140 milyon dollara sahib ola bilər.

Fevralın 21-də Bybit platforması 1,45 milyard dollarlıq kiberhücum və oğurluq barədə məlumat verib. Bu, tarixdəki ən böyük kiberhücumlardan biri hesab olunur və oğurlanan vəsaitlərin həcmi Ethereum (ETH) kriptovalyutasının ümumi dəyərinin 50%-ni ötüb.

Seçilən
1
4
day.az

5Mənbələr