Kriptovalyuta birjası Bybit kibertəhlükəsizlik mütəxəssislərini hakerlərin izinə düşməyə çağırıb və onların tutulmasına kömək edənlərə 140 milyon dollara qədər mükafat vəd edib.
Bybit rəhbərliyi geri qaytarılan məbləğin 10%-ni mükafat kimi ödəməyə hazır olduğunu bildirib. Əgər kimsə oğurlanmış vəsaitlərin hamısını geri qaytara bilsə, 140 milyon dollara sahib ola bilər.
Fevralın 21-də Bybit platforması 1,45 milyard dollarlıq kiberhücum və oğurluq barədə məlumat verib. Bu, tarixdəki ən böyük kiberhücumlardan biri hesab olunur və oğurlanan vəsaitlərin həcmi Ethereum (ETH) kriptovalyutasının ümumi dəyərinin 50%-ni ötüb.
"Cebheinfo.az"