AZ

Astarada qanunsuz odlu silahların saxlanması faktları aşkarlanıb

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı 7 nəfər rayon sakinindən müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov tüfəngləri aşkarlanıb.

DİN-in mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri daha bir tədbir zamanı isə Sım kəndi ərazisində qanunsuz ov edən 1 nəfər saxlanılıb. Həmin şəxs barəsində protokol tərtib edilib.

Milli.Az

Seçilən
47
16
milli.az

10Mənbələr