AZ

Odlu silahların qanunsuz saxlanması faktları aşkarlandı

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı 7 nəfər rayon sakinindən müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov tüfəngləri aşkarlanıb.

DİN-in mətbuat xidmətindən Azreform.info a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri daha bir tədbir zamanı isə Sım kəndi ərazisində qanunsuz ov edən 1 nəfər saxlanılıb.

Həmin şəxs barəsində protokol tərtib edilib.

Seçilən
30
16
azreform.info

10Mənbələr