AZ

Bundestaqa seçkilər başladı: Kansler kim olacaq?

Almaniyada parlament (Bundestaq) seçkilərinə start verilib.

Axar.az xəbər verir ki, ölkədə seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 11:00) açılıb.

Seçkilərdə 29 partiya iştirak edir, lakin əsas rəqabət aşağıdakı siyasi qüvvələr arasındadır:

Fridrix Mertzin lideri olduğu Xristian-Demokratik İttifaqı;

Elis Vaydelin lideri molduğu Almaniya üçün Alternativ;

Hazırki kansler Olaf Şoltsun lideri olduğu Almaniya Sosial Demokrat Partiyası.

Keçirilən son sorğulara görə, Fridrix Mertzin lideri olduğu Xristian-Demokratik İttifaqı səslərin 30 faizini əldə edəcək.

Seçilən
2
11
axar.az

10Mənbələr