AZ

Kürdə batan iki nəfərdən birinin meyiti tapıldı

Fevralın 19-da Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində batan iki nəfərdən biri, 1999-cu il təvəllüdlü İsmayılov Müşviq Rəhim oğlunun meyiti bu gün sudan çıxarılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun cansız bədəni FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Hazırda batdığı ehtimal edilən digər şəxsin - 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlunun axtarışları müşahidə edilən əlverişsiz hava şəraitinə baxmayaraq batdığı ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq davam etdirilir.

Seçilən
41
31
operativmm.az

10Mənbələr