Fevralın 19-da Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində batan 1999-cu il təvəllüdlü Müşviq Rəhim oğlu İsmayılovun cəsədi bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
FHN-dən AZƏRTAC-a bildirilib ki, hazırda batdığı ehtimal edilən digər şəxsin - 2003-cü il təvəllüdlü İsmayıl Xaliq oğlu Şubliyevin axtarışları müşahidə edilən əlverişsiz hava şəraitinə baxmayaraq fasiləsiz olaraq davam etdirilir.