Almaniyada keçirilən növbədənkənar parlament seçkilərində Xristian Demokratik və Xristian Sosial Birliklərinin (CDU/CSU) mühafizəkar blokunun namizədi Fridrix Merzin demək olar ki, 29% səslə qalib gəlib,
Publika.az zəbər verir ki, bu barədə ZDF exit-poll məlumatlarına istinadla məlumat yayıb.
Telekanalın məlumatına görə, ikinci yerdə 20 faizlik rekordla sağçı “Almaniya üçün Alternativ” partiyası, üçüncü yerdə isə 16,5 faiz səs toplayan və “tarixi pis” nəticə göstərən hazırkı kansler Olaf Şolsın Almaniya Sosial Demokrat Partiyası qərarlaşıb. Onu 12 faizlə Yaşıllar, 9 faizlə Sol Partiya izləyir. Almaniyanın Azad Demokrat Partiyası və hər biri 5% alan Sahra Vaqenknext Alyansı Bundestaqa qayıtmaqdan ehtiyat etməlidir.
ZDF qeyd edib ki, seçici fəallığı 1990-cı ildə Almaniyanın yenidən birləşməsindən sonra ən yüksək göstərici olub və 83% təşkil edib.