AZ

Almaniya seçkiləri: İlkin nəticələr məlum oldu

Almaniya parlamentinə keçirilən növbədənkənar seçkilərin başa çatmasından sonra "exit-poll" nəticələri açıqlanıb.

Modern.az ZDF telekanalına istinadən xəbər verir ki, nəticələr Xristian Demokrat İttifaqı/Xristian Sosial Birlik (CDU/CSU) partiyalar blokunun qalib olduğunu göstərir.

CDU/CSU 28,5% səs toplayır. Seçkilərdə seçicilərin 83 faizi iştirak edib.

Exit-poll nəticələrinə görə, ifrat sağçı “Almaniya üçün Alternativ” 19,8% səslə ikinci yerdədir. Bu arada hazırkı kansler Olaf Şolzun mənsub olduğu Sosial Demokrat Partiyası 16,5%-lik tarixi minimuma enərək üçüncü yerdədir. Mərkəz solçu Birlik 90/Yaşıllar 12% səs toplayıb.

"Cebheinfo.az"

Seçilən
28
2
cebheinfo.az

10Mənbələr