Vaşinqton administrasiyası Meksikadan Çindən gələn mallara idxal rüsumları tətbiq etməyi tələb edib.
Avtosfer.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ-ın ticarət naziri Hovard Lutnik bu sxemi fevralın 20-də Vaşinqtonda Meksikanın iqtisadiyyat naziri Marselo Ebrardla danışıqlar zamanı açıqlayıb.
Görüşdən sonra Ebrard məsələ ilə bağlı konstruktiv dialoqun başlandığını bildirib.
Qeyd edək ki, fevralın 1-də Tramp Kanada, Çin və Meksikadan gələn mallara daha yüksək tariflər tətbiq edən sərəncam imzalayıb.