AZ

Marseldəki Rusiya konsulluğunda partlayış baş verib

Rusiyanın Fransanın Marsel şəhərindəki konsulluğu yaxınlığında partlayış baş verib.

Bu barədə BFMTV məlumat yayıb.

Bildirilib ki, partlayışın baş verdiyi yerə yanğınsöndürənlər və polis gəlib.

Rusiyanın Marseldəki baş konsulu Stanislav Oranski “La Marseillaise” nəşrinə açıqlamasında partlayışın konsulluqda baş verdiyini və tələfatın olmadığını təsdiqləyib.

BFMTV kanalının verdiyi məlumata görə, ehtimal ki, əraziyə "Molotov kokteyli" atılıb. “Valeurs Actuelles” jurnalının müxbiri xəbər verib ki, qəza yerinin yaxınlığında oğurlanmış avtomobil tapılıb.

Rusiya mediası məlum hadisəni şərh edərkən Xarici Kəşfiyyat Xidmətinin bir müddət əvvəl Ukraynanın danışıqları pozmaq üçün silsilə terror aktları həyata keçirə biləcəyi barədə məlumat yaydığını xatırladıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiyanın Marseldəki Baş Konsulluğunun ərazisində baş verən partlayışda terror aktının bütün əlamətləri var. Onun sözlərinə görə, Marseldəki partlayışda terror aktının bütün əlamətləri var.

Rusiya XİN sözçüsü Fransadan Marseldəki baş konsulluğun ərazisində baş verən partlayışı araşdırmaq üçün hərtərəfli və operativ tədbirlər görməyi və Rusiyanın xarici nümayəndəliklərinin təhlükəsizliyini gücləndirmək üçün addımlar atmağı tələb edib.

Seçilən
158
4
Shafaqadogru.com

5Mənbələr