Rusiyanın Fransanın Marsel şəhərindəki konsulluğu yaxınlığında partlayış baş verib.
Parol.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Bildirilib ki, partlayışın baş verdiyi yerə yanğınsöndürənlər və polis gəlib.
Rusiyanın Marseldəki baş konsulu Stanislav Oranski “La Marseillaise” nəşrinə açıqlamasında partlayışın konsulluqda baş verdiyini və tələfatın olmadığını təsdiqləyib.
BFMTV kanalının verdiyi məlumata görə, ehtimal ki, əraziyə "Molotov kokteyli" atılıb.