AZ

"Zirə”“Kəpəz”ə qarşı - Yenilənir

style='margin-bottom:10px;'>

Bu gün Misli Premyer Liqasında 24-cü tura yekun vurulacaq.

QOL.az xəbər verir ki, 4-cü oyun günündə ötən gün qarlı hava şəraiti səbəbindən təxirə salınan "Zirə" - "Kəpəz" matçı keçirilir. Oyunun saat 16:00-da başlaması nəzərdə tutulurdu. Lakin Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün qardan tam təmizlənməsi məqsədilə qarşılaşmanın saat 18:00-da start götürməsi qərara alınıb. Amma hazırlıq prosesi tam yekunlaşmadığına görə matçın start fiti saat 19:00-da verilib.

Hazırda turnir cədvəlində paytaxt təmsilçisi 3-cü, Gəncə klubu isə 9-cudur. 

Bu komandalar arasında 1-ci dövrənin oyunu "Zirə"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 2-ci dövrənin matçında isə paytaxt təmsilçisi 4:0 hesab ilə qalib gəlib.

24 fevral (bazar ertəsi)

18:00. “Zirə”– “Kəpəz” - 0:0 (Birinci hissə)

Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin Məsiyev

VAR: Cavid Cəlilov

AVAR: Kamran Bayramov

Zirə İdman Kompleksinin stadionu

21 fevral (cümə)

19:00. “Neftçi” - “Sumqayıt” - 1:0

22 fevral (şənbə)

“Araz-Naxçıvan” - “Səbail” - 0:0

“Qarabağ” - “Sabah” - 1:1 

23 fevral (bazar)

“Şamaxı” – “Turan Tovuz” - 0:1 

Bombardirlər:

Leandro Anderade ("Qarabağ") - 9 qol

Cesse Sekidika ("Sabah") - 9 qol

Coy-Lens Mikels ("Sabah") - 8 qol

Felipe Santos ("Araz Naxçıvan") - 8 qol

Davit Volkov ("Zirə") - 8 qol

Salifu Suma ("Zirə") - 8 qol

Pavol Şafranko ("Sabah") - 7 qol

Seçilən
10
6
teleqraf.com

10Mənbələr