AZ

"Zirə” "Kəpəz"ə qalib gəlib 2-ci pilləyə yüksəldi

style='margin-bottom:10px;'>

Bu gün Misli Premyer Liqasında 24-cü tura yekun vurulub.

QOL.az xəbər verir ki, 4-cü oyun günündə ötən gün qarlı hava şəraiti səbəbindən təxirə salınan "Zirə" - "Kəpəz" matçı keçirilib.

Əvvəlcə oyunun saat 16:00-da başlaması nəzərdə tutulsa da, Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün qardan tam təmizlənməsi məqsədilə qarşılaşmanın saat 18:00-da start götürməsi qərara alınıb. Amma hazırlıq prosesi tam yekunlaşmadığına görə matçın start fiti saat 19:00-da verilib. Görüş "Zirə"nin qələbəsi ilə başa çatıb - 2:0. Rəşad Sadıqovun komandası bu qələbə ilə xallarını 45-ə çatdırıb və 2-ci pilləyə yüksəlib.

Hazırda turnir cədvəlində paytaxt təmsilçisi 3-cü, Gəncə klubu isə 9-cudur. 

Bu komandalar arasında 1-ci dövrənin oyunu "Zirə"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 2-ci dövrənin matçında isə paytaxt təmsilçisi 4:0 hesab ilə qalib gəlib.

24 fevral (bazar ertəsi)

18:00. “Zirə”– “Kəpəz” - 2:0 

Qol: Rafael Utsiq, 62, Rüstəm Əhmədzadə, 90+3

Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin Məsiyev

VAR: Cavid Cəlilov

AVAR: Kamran Bayramov

Zirə İdman Kompleksinin stadionu

21 fevral (cümə)

19:00. “Neftçi” - “Sumqayıt” - 1:0

22 fevral (şənbə)

“Araz-Naxçıvan” - “Səbail” - 0:0

“Qarabağ” - “Sabah” - 1:1 

23 fevral (bazar)

“Şamaxı” – “Turan Tovuz” - 0:1 

Bombardirlər:

Leandro Anderade ("Qarabağ") - 9 qol

Cesse Sekidika ("Sabah") - 9 qol

Coy-Lens Mikels ("Sabah") - 8 qol

Felipe Santos ("Araz Naxçıvan") - 8 qol

Davit Volkov ("Zirə") - 8 qol

Salifu Suma ("Zirə") - 8 qol

Pavol Şafranko ("Sabah") - 7 qol

Seçilən
28
6
teleqraf.com

10Mənbələr