Misli Premyer Liqasının XXIV turuna bu gün yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, dünən "Zirə" - "Kəpəz" oyunu əlverişsiz hava şəraitinə görə təxirə salınıb. Görüşün bu gün saat 16-da start götürməsi planlaşdırılırdı.
Lakin Zirə İdman Kompeksinin stadionunun ot örtüyünü vaxtında qardan təmizləmək mümkün olmayıb. Bu səbəbdən oyunun başlanma vaxtı saat 18-ə keçirilib.
İkinci dəfə də stadionu hazır etmək müşkülə çevrildiyindən, matçda start fiti saat 19-da çalınıb.
Misli Premyer Liqası, XXIV tur
"Zirə" - "Kəpəz" 2:0 (ikinci hissə)
Rafael Utziq, 62
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin Məsiyev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Zirə İdman Kompleksinin stadionu