AZ

Rusiya və ABŞ nümayəndələri Səudiyyə Ərəbistanında yenidən görüşəcək

Səudiyyə Ərəbistanının paytaxtı Ər -Riyadda Ukrayna üzrə Rusiya-Amerika danışıqları fevralın 25-də davam edəcək.

XəzərNews.az xəbər verir ki, bu barədə Almaniyanın “Zeit” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

“Rusiya və ABŞ nümayəndələri bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yenidən Ukraynanın gələcəyi ilə bağlı danışıqlar aparacaqlar”, -deyə məlumatda qeyd olunub.

Araz
XəzərNews.az


Xəbər 3 dəfə oxunub.
Seçilən
12
1
xezernews.az

2Mənbələr