AZ

Rusiya və ABŞ nümayəndələri yenidən Səudiyyə Ərəbistanında görüşəcək

Rusiya və ABŞ nümayəndə heyətlərinin Ər-Riyadda ikinci görüşü fevralın 25-də baş tutacaq...

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Ukrayna üzrə Rusiya-Amerika danışıqları çərşənbə axşamı, fevralın 25-də davam edəcək.

Poliqon xəbər verir ki, bu barədə Almaniyanın “Zeit” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

RusiyaABŞ nümayəndələri bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yenidən Ukraynanın gələcəyi ilə bağlı danışıqlar aparırlar”, deyə qəzet yazır.

Zeit-in mənbələrinə görə, bu, ötən həftə Rusiyanın xarici işlər naziri Sergey LavrovABŞ dövlət katibi Marko Rubio arasında baş tutan görüşün davamıdır.

Ər-Riyaddakı danışıqlar Fransa prezidenti Emmanuel Makronun Vaşinqtona səfərindən bir gün sonraya təsadüf edir. Makronun sözlərinə görə, Ukraynada atəşkəs həftələr ərzində əldə edilə bilər.

“Vaşinqtonla Moskva arasında dialoqun bərpası üçün “yaxşı səbəblər var”, deyə Fransa prezidenti vurğulayıb.

Qeyd edək ki, dünən, fevralın 24-də Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, ABŞ ilə danışıqlarda Ukrayna münaqişəsi hələlik mahiyyətcə müzakirə olunmayıb.

Poliqon.info

Seçilən
13
50
poliqon.info

10Mənbələr