AZ

Rusiya və ABŞ nümayəndələri Ər-Riyadda yenidən görüşəcək

Rusiya

Rusiya və Amerika nümayəndə heyətləri çərşənbə axşamı, fevralın 25-də Ər-Riyadda ikinci görüş keçirəcək.

Reyting.az
xəbər verir ki, bu barədə “Die Zeit” nəşri diplomatik mənbələrə istinadla məlumat yayıb.

Nəşr görüşdə kimin iştirak edəcəyini dəqiqləşdirməyib, sadəcə, qeyd edib ki, bu, fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtında baş tutan danışıqların davamı olacaq. Həmin vaxt Rusiya nümayəndə heyətinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Amerika nümayəndə heyətinə isə ABŞ dövlət katibi Marko Rubio başçılıq edib. Bu səviyyəli görüş Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri ilk görüş olub.

Onu da qeyd edək ki, Avropa İttifaqı və Ukrayna nümayəndələri Ər-Riyadda baş tutan danışıqlarda iştirak etməyiblər.

E. KAMAL
Seçilən
10
4
reyting.az

10Mənbələr